AZ

Sevgililəri ilə Bodrumda yeyib içdilər, hesabı ödəmədən qaçdılar

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

"Beşiktaş GAIN" basketbol klubunun amerikalı ulduz oyunçuları Conah Metyus (Jonah Mathews) və Devon Dotsonun Bodrumda sevgililəri ilə birlikdə çıxdıqları tətildə marketə olan 18 min türk lirəsi (TL) məbləğindəki borcu ödəmədən ərazidən uzaqlaşdıqları iddia edilir.Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Hadisə mayın 15-16-da Türkiyənin lüks kurort zonası olan Bodrumda baş verib.Mənbələr bildirir ki, ulduz basketbolçular sevgililəri Heyli Kollimor (Hayley Collimore) və Alli Perri (Allie Perry) ilə birlikdə Bodrumda lüks otellərdən birində qaldıqdan sonra, sahildə gəzinti üçün özəl yaxta kiralayıblar.Yaxta ilə Bodrumun məşhur Cennet qoyuna lövbər salan qrup, burada yüksək təbəqəyə xidmət göstərən lüks bir marketdən özəl sifariş tələb edib. Basketbolçuların marketdən ən bahalı içkilərdən 3 şüşə və müxtəlif qəlyanaltılar istədiyi bildirilir.Market əməkdaşları sifarişləri yaxtaya çatdırıb və ümumi hesab təxminən 18 min TL tutub.İddiaya görə, Conah Metyus və Devon Dotson yaxtadan düşərkən hesabı ən qısa zamanda ödəyəcəklərinə dair söz veriblər.Lakin aradan günlər keçməsinə baxmayaraq, heç bir ödəniş edilməyib. Market rəsmilərinin idmançılara və onların köməkçilərinə dəfələrlə zəng etdiyi, lakin heç bir cavab ala bilmədiyi vurğulanır. Telefonlara cavab verməyən ulduzların bu hərəkəti Bodrumda böyük rezonans doğurub.Qeyd edək ki, "Beşiktaş GAIN" basketbol komandası bu mövsümü uğurla başa vuraraq turnir cədvəlində əzəli rəqibi "Fənərbaxça" ilə eyni xalla tamamlamışdı. Belə bir uğurlu mövsümün fonunda hər iki amerikalı legionerin adının bu cür xoşagəlməz maliyyə qalmaqalında hallanması "ağ-qara" camiədə təəccüb və şok yaradıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr