AZ

Rus ordusu Xəzər dənizinə ZƏRBƏ ENDİRƏCƏK KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Rusiya Xəzərdə neft platformaları üzərində dronları vuracaq.

Rusiya parlamentinin yuxarı palatası pilotsuz uçuş aparatlarının Xəzər dənizinin Rusiya sektorundakı neft-qaz platformaları üzərində vurulmasına icazə verən qanunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” аgentliyi məlumat yayıb.

Parlamentin rəsmi saytında yayılan açıqlamada bildirilir ki, pilotsuz uçuş aparatları Xəzərdə Rusiyanın iqtisadi maraqları üçün ən ciddi təhdidlərdən biri hesab olunur.

Sənəddə qeyd edilir ki, yeni federal qanun neft və qaz obyektlərinin antiterror mühafizəsini gücləndirmək üçün hüquqi boşluğu aradan qaldıracaq.

Eyni zamanda vurğulanır ki, bu tədbirlər gəmiçilik və balıqçılıq fəaliyyətinə təsir etməyəcək.

Rusiyanın ikinci ən böyük neft şirkəti olan Lukoil Xəzərdə yerləşən Filanovski və Korçagin yataqlarında neft hasil edir. Bildirilir ki, həmin obyektlər daha əvvəl bir neçə dəfə Ukrayna dronlarının hücumuna məruz qalıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
konkret.az

2Mənbələr