AZ

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

UNITAR

İlhamə

Müəllif

İlhamə Vəliqızı

20 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Ağıllı Şəhərlər: Potensialın Artırılması Vasitəsilə Şəhər Dayanıqlılığının Yaradılması” adlı tədbir baş tutub. Ulusum.az xəbər verir ki, tədbir BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən təşkil olunub.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycanda dövlət xidmətləri sahəsində həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” modelinin və “ASAN kommunal” mərkəzlərinin vətəndaşlara kommunal xidmətlərin vahid məkanda, əlçatan və şəffaf formada təqdim edilməsinə verdiyi töhfə, həmçinin innovativ həllərin dayanıqlı şəhər inkişafı və dövlət xidmətlərinin effektiv idarə olunmasında rolunu diqqətə çatdırıb. Hazırda “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində 30-dan çox dövlətlə əməkdaşlıq edildiyi barədə məlumat verib.UNITAR nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub və 2023-cü ildə tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülmüş işlər, planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.

Diqqət Çəkənlər

Azərbaycan neftinin qiyməti 112 dollar oldu

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Seçilən
16
10
ulusum.az

10Mənbələr