BAKI, 21 may. TELEQRAF
Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf-ın xəbərinə görə, məktuda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram".