AZ

Nyu-York su altında qaldı

Sərt hava şəraiti - intensiv yağışlar Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində subasmalara səbəb olub.

Moderator.az yerli mətbuata istinadla məlumat yayıb.

Yayılan kadrlarda insanların təhlükədən qorunmağa çalışdığı, bir çox avtomobillərin sükan hissəsinədək suya qərq olduğu müşahidə edilir.

Şəhərdə əksər küçələri su basıb, yollara ağaclar aşıb və hərəkət dayanıb, ictimai nəqliyyat vasitələrinin iş qrafikində böyük ləngimələr meydana gəlib.

Həftənin ikinci günü şəhərin Kvins və Bruklin ərazilərində fırtına qeydə alınıb. Rəsmi qurumlar rayonların birində əsas magistralın müəyyən hissəsini nəqliyyat üçün bağlayıb.

Seçilən
24
1
moderator.az

2Mənbələr