ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 21 may, AZƏRTAC
Respublika fənn müsabiqələrində ümumilikdə 7685 şagird iştirak edib. Onlardan 3810-u qız, 3875-i isə oğlan olub. Yarışın final mərhələsinə 1334 nəfər vəsiqə qazanıb. Onların 553-ü qız, 781-i oğlandır. Müsabiqə iştirakçıları əsasən 12-14 yaş aralığını əhatə edib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasında isə 2719 nəfər iştirak edib. İştirakçıların 939-u qız, 1780-i oğlan olub. Yarımfinal mərhələsinin nəticələrinə əsasən, 518 nəfər finala vəsiqə qazanıb. Onlardan 167-si qız, 351-i oğlandır. Olimpiadada iştirak edən şagirdlər əsasən 11-12 yaş qrupu üzrə təmsil olunublar.
Müxbir – Aysel Azadqızı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.