AZ

Amerikalı urbanist: Bakı əhalinin miqyasına hesablanmış yeni şəhər məkanları yaradılmasını uğurla həyata keçirir  

WUF13 dayanıqlı şəhər inkişafına və şəhərsalmaya müasir yanaşmaların tətbiqi üçün mühüm fürsət yaradır.

Bu barədə tanınmış amerikalı urbanist, strateji şəhərsalma mütəxəssisi və memarlıq nəzəriyyəçisi Maykl Mahaffi AZƏRTAC-a verdiyi müsahibədə bildirib. O, “Sustasis Foundation” fondunun (ABŞ) icraçı direktorudur və çoxsaylı qlobal tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir.

Agentliyin həmsöhbəti qeyd edib ki, Bakı və Azərbaycan paytaxtında baş verən genişmiqyaslı transformasiyalar onda dərin təəssürat yaradıb.

“Müasir inkişaf layihələri həyata keçirilərkən, şəhərin tarixi irsinin və milli kimliyinin qorunması xüsusi əhəmiyyət kəsb edir”, -deyə Mahaffi vurğulayıb.

Onun sözlərinə görə, Bakı rahat şəhər mühitinin vacib komponentləri olan piyada və əhalinin miqyasına hesablanmış yeni şəhər məkanlarını uğurla tətbiq edir.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr