AZ

Sakinlər: “Adil Əliyev bizi aldatdı”

Bakının Suraxanı rayonunda yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri yaşadıqları binanın həyətində abadlıq işlərinin aparılmaması və Suraxanı icra başçısı Adil Əliyevə etdikləri müraciətlərin cavabsız qalmasından narazıdır.

Tribuna.az-ın anaxeber.info.az-a istinadən yaydığı məlumata görə, 165 ailəni təmsil edən sakinlər aprelin 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ilə görüşərək həyətin abadlaşdırılması, park salınması və uşaqlar üçün əyləncə şəraitinin yaradılması ilə bağlı kömək istəyiblər.
Sakinlər bildiriblər ki, binanın qaz, su və işıq kimi kommunal problemləri vaxtilə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həll edilib. Lakin həyətin abadlaşdırılması məsələsi illərdir açıq qalır.
Məlumata görə, sakinlər iki il əvvəl də icra hakimiyyətinə müraciət edib, hətta layihə eskizi təqdim etsələr də, indiyədək heç bir iş görülməyib. Apreldə keçirilən son görüşdə icra başçısı məsələyə baxılması üçün bir ay vaxt istəsə də, sakinlərin sözlərinə görə, hələ də nəticə yoxdur.
Sakinlər həmçinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədovun qəbul zamanı müdaxilələrindən narazı olduqlarını bildiriblər. Onların iddiasına görə, MKTB rəisi əvvəlki vədlərlə bağlı “səhv etmişik” ifadəsini işlədib.
Sakinlər ümid edir ki, yaxın vaxtlarda həyətin abadlaşdırılması ilə bağlı müsbət addım atılacaq.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən omadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Seçilən
14
yenilik.az

1Mənbələr