AZ

Almaniyalı mütəxəssis: "Dayanıqlı şəhərlərin qurulması üçün sektorlararası inteqrasiya zəruridir"

Dayanıqlı və yaşanabilən şəhərlərin formalaşdırılması üçün müxtəlif sektorlar arasında inteqrasiya gücləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin enerji, şəhər inkişafı və mobillik bölməsinin baş siyasət mütəxəssisi Sebastian Herold Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, sürətli urbanizasiya ilə mübarizə məqsədilə Almaniyanın inkişaf əməkdaşlığı modeli sektorlararası yanaşmaya əsaslanır: "Şəhərlərdə adekvat mənzil və layiqli yaşayış şəraiti etibarlı su və kanalizasiya xidmətləri olmadan mümkün deyil. İnkişaf əməkdaşlığı çərçivəsində əsas diqqət yaxşı idarəetmə, desentralizasiya, inteqrasiya olunmuş planlaşdırma, yerli hakimiyyət orqanlarının maliyyə müstəqilliyi və peşəkar potensialın artırılmasına yönəlib".

O bildirib ki, mənzil, tikinti, mobillik, su və tullantıların idarə olunması kimi şəhər sektorları arasında əlaqə daha da gücləndirilməlidir: "Əsas məsələlərdən biri sektorlar arasındakı maneələri aradan qaldırmaq və əlaqəli işləməkdir. Şəhər baş planları bu baxımdan vacib vasitə ola bilər".

Seçilən
47
1
far.az

2Mənbələr