Ermənistan Baş nazir Nikol Paşinyan Avrasiya iqtisadi Birliyinin (AİB) liderlərinin Zirvə görüşündə iştirak etməkdən imtina edib.
Azreform.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya Ermənistandan Baş nazir Nikol Paşinyanın AİB liderlərinin görüşündə iştirak etməməsi ilə bağlı rəsmi bildiriş alıb, - Zaxarova qeyd edib.
O əlavə edib ki, tədbirdə Ermənistanaın Baş nazirin müavini Mqer Qriqoryan təmsil edəcək.
AİB sammiti 28-29 may 2026-cı ildə Astanada keçiriləcək. Zirvə görüşündə AİB üzv ölkələrinin rəhbərləir rəqəmsal və süni intellekt məsələsi müzakirə ediləcək.
Mürtəza