AZ

Tevanyan: Rusiya bazasının Ermənistandan çıxarılmasından sonra Türkiyə qoşunları daxil olacaq

Rusiya bazasının Ermənistandan çıxarılmasından sonra Türkiyə qoşunlarının işğalı olacaq.

Herbiand.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının parlamentə namizədlər siyahısında ikinci olan Andranik Tevanyan jurnalistlərlə görüşündə bildirib.

O, qeyd edib ki, Türkiyənin İraqa, Kiprə və Suriyaya girməsinə heç nə mane olmayıb: Bu gün Türkiyənin bu ssenarini Ermənistanda təkrarlamasına mane olan yalnız bir amil qalır. Bu, Rusiya və İran amilidir və onların mövqeləri sayəsində Ermənistan hələ də bir dövlət kimi mövcuddur”.

Tevanyan deyib ki, çoxları BMT tərəfindən tanınan Ermənistanın xəritədə qalacağına inanır: “Lakin hökumətin siyasəti nəticəsində Ermənistan Dağlıq Qarabağın aqibətini yaşaya bilər. Türkiyə xarici işlər naziri Nikol Paşinyanı açıq şəkildə dəstəklədiyini bildirib, Fransa prezidenti isə Ermənistan qanunları ilə qadağan olunmuş ölkənin daxili işlərinə biabırçı müdaxilə edib”.

O, vurğulayıb ki, bəzi Qərb dairələrinin proqramlarının həyata keçirilməsi Türkiyənin Ermənistandakı təsirinin artmasını göstərir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr