AZ

Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq CAR lı turist FOTO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində mənzil təminatı və şəhərsalma məsələləri geniş müzakirə olunub.

Sessiyanın Cənubi Afrika Respublikasından olan iştirakçısı Shepherd Chakalisa Avtosfer.az-a müsahibəsində sessiyanın olduqca məhsuldar keçdiyini bildirib.

O qeyd edib ki, “World Urban Forum” çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparmaq və təcrübə paylaşmaq üçün geniş imkanlar yaradılıb.

Qonaq vurğulayıb ki, mənzil insanların əsas ehtiyaclarından biridir və hər bir vətəndaş üçün təmin olunması vacibdir. Onun sözlərinə görə, mənzil təminatı insanlara yalnız yaşayış yeri deyil, həm də sosial dəyər və ləyaqət qazandırır.

Shepherd Chakalisa əlavə edib ki, hazırda əsas məqsəd qısamüddətli həllər deyil, uzunmüddətli və dayanıqlı strategiyaların hazırlanması olmalıdır. O bildirib ki, mənzil problemi ilə bağlı daha effektiv və davamlı nəticələr verən yanaşmaların tətbiqi vacibdir.

Qonaq həmçinin vurğulayıb ki, gələcəkdə mənzil təminatı məsələsi prioritetlər sırasında daha ön sıralara çıxarılmalıdır. Onun fikrincə, əvvəlki dövrlərdə ikinci və üçüncü planlarda yer alan bu sahə bundan sonra əsas prioritetlərdən biri kimi qəbul olunmalıdır.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
avtosfer.az

1Mənbələr