ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində barəsində saxlanılma qərarı çıxarılan məşhur aktrisa Serenay Sarıkaya məsələyə münasibət bildirib.Demokrat.az xəbər verir ki, aktrisa hazırda Türkiyədə olmadığını diqqətə çatdırıb. O, yaydığı açıqlamada vəziyyəti belə izah edib:“Xəbəri uzun müddətdir planlaşdırdığım səyahətimdə aldım. Mümkün olan ən qısa müddətdə ölkəmə qayıdıb lazımi bütün prosedurları yerinə yetirəcəyəm. Yaxşıyam, narahat olan hər kəsə sevgilər”.Qeyd edək ki, sözügedən cinayət işi çərçivəsində ümumilikdə 25 nəfərin saxlanılması barədə qərar mövcuddur.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.