AZ

Aydın Kərimov: WUF13 Azərbaycanın şəhər transformasiyasında doğru istiqamətdə olduğunu göstərir

Bakı, 21 may, AZƏRTAC

WUF13-də təqdim edilən nailiyyətlər Azərbaycanın şəhər transformasiyasında doğru istiqamətdə olduğunu göstərir. Biz bununla fəxr edirik və qürur duyuruq.

Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzusunda tədbirdə iştirak edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, Şuşa şəhərinə köçürülmə gələn il həyata keçiriləcək. Bu məqsədlə 800-dən çox mənzildən ibarət 43 yaşayış binasının və üç yaşayış kompleksinin tikintisi aparılır.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, Şuşanın kəndlərinə bu il təxminən 50-yə yaxın ailənin köçü gözlənilir və bu proses yaxın vaxtlarda baş tutacaq.

Seçilən
27
1
azertag.az

2Mənbələr