AZ

Meksikalı rektordan WUF13 də çağırış: Ali təhsildə ixtisaslararası düşüncə inkişaf etdirilməlidir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 21 may, AZƏRTAC

Ali təhsil ocaqları olaraq inkişaf etdirməli olduğumuz ən təcili bacarıqlardan biri tələbələrdə ixtisaslararası düşüncə və baxışı formalaşdırmaqdır. Məsələn, mənzil məsələsindən danışarkən biz adətən infrastrukturu, maliyyəni, planlaşdırmanı və ya torpaq istifadəsini nəzərdə tuturuq. Lakin şəhər və mənzil ətrafında elə suallar var ki, onlar yalnız bir sahə ilə məhdudlaşmır, digər sahə və sektorları da diqqətdə saxlamaq, mənzil və şəhər inkişafı məsələlərinə kompleks yanaşmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Meksikanın Qvadalaxara Universitetinin rektoru Karla Alexandrina Planter Peres Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Akademiya və tədqiqat“ üzrə dəyirmi masada söyləyib. O bildirib ki, mənzil problemi yalnız infrastruktur və ya urbanistika məsələsi kimi deyil, daha geniş sosial və struktur problemlərin bir hissəsi kimi qiymətləndirilməlidir.

Rektor vurğulayıb ki, müasir şəhərlərdə artan qeyri-bərabərlik və mürəkkəblik fonunda mənzil siyasəti müxtəlif sahələrin inteqrasiyasını tələb edir. Bu baxımdan universitetlərdə ixtisaslararası təhsilin inkişafı və real problemlərə yönəlmiş tədris modellərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Rektor, həmçinin qeyd edib ki, şəhər və mənzil siyasətləri uzunmüddətli və davamlı olmalı, elmi tədqiqatların nəticələri isə qərar qəbuletmə proseslərinə inteqrasiya edilməlidir.

Müxbir - Elgün Niftəli

Fotoqraf - Tofiq Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr