Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində çalışan müxtəlif tərəflərin bir araya gəlməsi üçün yaxşı imkandır.
Bunu AZƏRTAC-a açıqlamasında Almaniyadan olan məkan planlaşdırılması üzrə mütəxəssis Sebastian Hubertus Elbe deyib.
O bildirib ki, tədbir genişmiqyaslı təşkil olunub.
Sebastian Hubertus Elbe qeyd edib ki, WUF13 siyasətçiləri, praktik mütəxəssisləri və akademik dairələri bir araya gətirən yaxşı platformadır.
“Onlayn iştirak imkanının olması da müsbət haldır”, - deyə o vurğulayıb.