AZ

UN-Habitat: WUF13-dən WUF14-ə gedən yol yerli icranın gücləndirilməsindən keçir

Bakıda keçirilən WUF13 forumunda aparılan müzakirələr növbəti mərhələdə WUF14-ə aparan proses üçün də baza formalaşdırır və qlobal öhdəliklərin yerli nəticələrə çevrilməsi istiqamətində praktiki yanaşmaların gücləndirilməsinə töhfə verir...

Poliqon xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şərif deyib.

O bildirib ki, WUF13-dən WUF14-ə gedən yol yerli icranın gücləndirilməsindən keçir: “Qlobal mənzil öhdəlikləri yalnız yerli siyasətə və praktik icraya çevrildikdə real nəticə verir. Şəhərlər əvvəlcə öz problemlərini müəyyən etməli, daha sonra beynəlxalq təcrübəni öyrənərək yerli şəraitə uyğun tətbiq etməlidirlər".

Onun sözlərinə görə, qlobal gündəliklər regional, milli və yerli səviyyələr arasında əlaqələndirilməli, bu prosesə icmalar və özəl sektor da cəlb olunmalıdır: "Siyasətlərin uğuru onların konkret büdcə, icra mexanizmi və investisiya imkanları ilə dəstəklənməsindən asılıdır. Mənzil siyasəti investorlar və maliyyə institutları üçün əlverişli mühit formalaşdırmalı, beləliklə əlçatan mənzil layihələrinin həyata keçirilməsi üçün daha çox investisiya cəlb edilməlidir”.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr