AZ

Şahnaz Bədəlova: İşə gedib-gəlmə müddətinin uzun olması da zehni rifaha təsir göstərir

Bakı, 21 may, AZƏRTAC

Gərgin hərəkət olan, səs-küylü, yaşıl sahələrin çatışmadığı və ictimai infrastrukturu zəif olan ərazilərdə yaşayan insanlar tez-tez daha yüksək stress səviyyəsi və daha aşağı həyat məmnuniyyəti yaşayırlar. İşə gedib-gəlmə müddətinin uzun olması da zehni rifaha təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bunu “Neyroşəhərsalma: Şəhərlər beynin formalaşmasına, davranışa və psixi rifaha necə təsir edir?” adlı paneldə çıxışı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova deyib.

O, bir çox böyük şəhərlərdə insanların hər gün tıxaclarda bir neçə saat vaxt keçirməsi probleminə toxunaraq deyib: “Belə məsələlər stressi artırır, ailəyə, istirahətə və sosial həyata ayrılan vaxtı azaldır. Məhz bu səbəbdən müasir şəhərsalma daha çox insanpərvər (insan mərkəzli) xarakter alır”.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Aydın Oktayoğlu
Seçilən
17
azertag.az

1Mənbələr