AZ

“Meta” işçilərinin 10%-ni ixtisar etdi


“Meta” şirkəti işçi qüvvəsinin təxminən 10%-ni və ya təxminən 8 000 işçisini ixtisar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat verib.
Məlumata görə, daha 7000 işçinin süni intellektlə əlaqəli yeni sahələrə köçürülməsi gözlənilir.
Agentliyin məlumatına görə, kütləvi ixtisarlar günü daha əvvəl evdən işləmək tövsiyə olunan işçilərə də ixtisar bildirişləri göndərilib.
“Bloomberg”in mənbələri qeyd ediblər ki, ixtisarlar əsasən mühəndislik heyətinə təsir edib. İşdən çıxarılan işçilərə ən azı 16 həftəlik əsas əmək haqqı, eləcə də tibbi yardım və karyera imtiyazları daxil olmaqla, müavinəti vəd edilib.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr