AZ

Qurban Qurbanov Türkiyəyə gedir? Əsas namizədlərdən biridir

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, İstanbul təmsilçisinin namizədləri arasında "Qarabağ"ın hazırkı məşqçisi Qurban Qurbanovun da adı yer alıb.

Bildirilir ki, uğursuz mövsümdən sonra klub rəhbərliyi komandanın texniki heyətində dəyişiklik etmək qərarına gəlib.

Sergen Yalçınla yollarını ayıran “Beşiktaş” bir neçə məşqçi variantını nəzərdən keçirir.

Namizədlər siyahısında Qurban Qurbanovla yanaşı, Arda Turan, Nuri Şahin, İlhan Polat və Razvan Lucescuun da olduğu qeyd edilir.

Qeyd edək ki, Qarabağ FKın baş məşqçisi olan Qurban Qurbanovun adı daha əvvəl də “Beşiktaş”la hallandırılmışdı.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
azpolitika.info

1Mənbələr