AZ

Kremldə İrəvanla bağlı qapalı toplantı - Sərt xəbərdarlıq 

Ermənistanın Rusiyadan uzaqlaşaraq Avropa Birliyinə yaxınlaşması ilə bağlı Rusiya Təhlükəsizlik Şurasında xüsusi işçi qrupunun  bağlı qapılar arxasında xüsusi iclası keçirilib.
Ölkə.az xəbər  verir ki,  iclasda Ermənistanın Aİ-yə yaxınlaşması və atılacaq addımlar məsələsi  müzakirə olunub. 

Tədbirdə çıxış edən təhlükəsizlik şurasının katibi Sergey Şoyqu İrəvanaın ünvanına sərt hesabat xarakterli çıxış edərək  deyib ki, Moskvada İrəvana qarşı xeyli şikayət siyahısı toplanıb. 
Ermənistan rəhbərliyinin son vaxtlar Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan bir sıra addımlar atması heç kimə sirr olmadığını xatırladan Şoyqu  bildirib ki, bu, Moskva üçün qəbuledilməzdir.

TŞ katibi bildirib ki, İrəvanın Brüsselə yaxınlaşması, 2025-2026-cı illərdə Rusiyaya qarşı düşmən olan bir sıra dövlətlərlə, xüsusən ABŞ və Böyük Britaniya ilə oxşar strateji tərəfdaşlıq müqavilələrinin bağlanması, hərbi  və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirib,  birgə hərbi təlimlər keçirməsi açıq-aşkar dostcasına olmayan hərəkətlərdir.
Şoyqu İrəvanaı eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasını, Rusiya vətəndaşlarının üçüncü ölkələrə ekstradisiyasını da  Moskva üçün dost olmayan addım hesab edib.

Şoyqu  Avropa Siyasi Birliyi sammitində  Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya hakimiyyətinə qarşı  bir platforma kimi istifadə etməsinə imkan verməsini İrəvanla Moskva arasında ən  böyük qəzəbə səbəb olduğunu  xüsusi qeyd edib.

Şoyqu sonda onu da qeyd edib ki, İrəvan hazırkı kursunu davam etdirərsə çox itirə bilər. 
Şoyqunun çıxışından sonra görüş  bağlı qapılar arxasında davam edib.
RF xarici işlər naziirnin müavini Mixail Qaluzin görüşün nəticələri barədə deyib ki, İrəvan Qərbin, o cümlədən Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdən Avropa İttifaqının əsl məqsədinin Ermənistanı Rusiyaya qarşı istifadə etmək olduğu barədə xəbərdarlıqlarımıza qulaq asmaq istəmir. "Ermənistan eyni anda iki toyda rəqs edə bilməyəcək", - Qaluzin  İrəvana  xəbərdarlıq edib.

Mürtəza

Seçilən
15
olke.az

1Mənbələr