Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə mayın 20-də günorta saatlarında Miçurinskoye qəsəbəsində baş verib. İş adamının ölümü ilə bağlı məlumat mayın 21-i səhər saatlarında məlum olub. Polisin məlumatına görə, Smirnov yolun döngəsində idarəetməni itirib və motosiklet qəzası törədib. Bildirilir ki, o, tam motosiklet qoruyucu geyimində olsa da, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. 53 yaşlı Mixail Smirnov Sankt-Peterburqun iri sahibkarlarından biri idi. Onun biznes fəaliyyətində əsas yeri “Baltik Yanacaq Şirkəti” (BTK) qrupu tuturdu. Şirkət Şimal-Qərb regionunun ən böyük bunker yanacağı operatorlarından biri olub və limanlarda gəmilərin yanacaqla təmin edilməsi sahəsində fəaliyyət göstərib. Məlumata görə, holdinq 2007–2008-ci illərdə formalaşıb və qısa müddətdə Sankt-Peterburqun Böyük Limanında mühüm mövqeyə sahib olub. Qrup şirkətləri yalnız gəmilərin yanacaqla təminatı ilə deyil, həmçinin neft məhsullarının daşınması və mümkün neft sızmalarının aradan qaldırılması istiqamətində də fəaliyyət göstərib.