AZ

Afrikalı nümayəndə: Qeyri-rəsmi yaşayış məskənləri ilə bağlı məsələlərin həlli mənim üçün önəmlidir

Bakı, 21 may, AZƏRTAC

WUF13-də əsas məqsədim Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilədək həyata keçirilməsi istiqamətində aparılan müzakirələri və müxtəlif yanaşmaları izləməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən “Beynəlxalq Məskunlaşma Koalisiyası”nda Afrika üzrə regional koordinator Desmon Chiese söyləyib.

O deyib: “Qeyri-rəsmi yaşayış məskənləri ilə bağlı məsələlərin necə həll olunacağı ilə bağlı mövzular mənim üçün xüsusilə önəmlidir. Çünki bu problem Afrika ölkələrində çox geniş yayılıb”.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Səfiyar Məcnun
Seçilən
43
azertag.az

1Mənbələr