Tehran ABŞ-nin son təklifinə cavabını nəzərdən keçirir.
“Cebheinfo.az” “Nour News”-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
"14 bənddən ibarət olan İran qətnaməsinin ilkin mətninə əsasən bir neçə kommunikasiya mübadiləsi aparılıb",-deyə o qeyd edib.
Bəqayi deyib:
"Biz Amerika tərəfinin fikirlərini aldıq və onları araşdırırıq".
O da vurğulanıb ki, Vaşinqton və Tehran Pakistan vasitəsilə təklif olunan atəşkəs sənədinin mətni ilə bağlı mesaj mübadiləsi aparırlar.
Bir müddət əvvəl “Tasnim” Xəbər Agentliyi məlumatlı mənbəyə istinadən ABŞ-nin İranın əvvəlki təkliflərinə cavabı Pakistan vasitəsilə ötürdüyünü bildirmişdi.Agentliyin mənbəyi qeyd edib ki, Tehran mətni nəzərdən keçirir, lakin cavab hələ hazır deyil.