AZ

WUF13-ün iştirakçısı: Azərbaycanın inklüziv şəhərsalma sahəsindəki təşəbbüsləri təqdirəlayiqdir

Bakı, 21 may, AZƏRTAC

WUF13 kimi tədbirlər mütəxəssislərin bir araya gəlməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və öyrəndiklərimizi ölkəmizdə tətbiq etmək baxımından çox faydalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiysında (WUF13) iştirak edən hindistanlı nümayəndə Utsav Çudhuri deyib.

“Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qlobal şəhərsalma gündəliyində oynadığı aktiv rol göz qabağındadır. Ölkənizin inklüziv şəhərsalma sahəsindəki təşəbbüsləri təqdirəlayiqdir. Məsələn, dünən iştirak etdiyim bir tədbir əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuşdu. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir WUF tədbirləri arasında ən inklüziv və əlçatanıdır. Digər dövlətlər ölkənizin bu təcrübəsindən faydalana bilər", - deyə o qeyd edib.

Seçilən
18
azertag.az

1Mənbələr