AZ

Abşeronda yeni cüdo salonu

Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni cüdo salonu fəaliyyətə başlayıb.

Açılış mərasimində Azərbaycan Cüdo Federasiyası baş katibinin müavini, idman direktoru Kamran Talıbov, gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası salonu müasir standartlara uyğun tatamilərlə təchiz edib. Burada 150-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Xatırladaq ki, son 5 ildə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində yeni cüdo salonları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman salonuna, ümumilikdə, 14 min 300 tatami paylanılıb.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
7
6
xalqqazeti.az

9Mənbələr