AZ

Bəxtiyar Hacıyev: Hazırda ADY əməkdaşları bilet satışı ilə bağlı gürcüstanlı həmkarlarına təlimlər keçir

Bəxtiyar
“Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların fəaliyyəti və bilet satış sistemlərinin inteqrasiyası istiqamətində Azərbaycan Dəmir Yolları ilə Gürcüstan tərəfi arasında əməkdaşlıq genişləndirilir”. 1news.az xəbər verir ki, bunu mediatur zamanı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev deyib.
Onun sözlərinə görə, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları gürcüstanlı həmkarlarına bilet satış sistemlərinin inteqrasiyası üzrə təlimlər keçirlər. “Bu təlimlərin məqsədi bilet satış sistemlərinin inteqrasiyasını təmin etməkdir. Belə ki, sistem elə qurulmalıdır ki, sərnişinlər həm Bakıdan Tbilisiyə, həm də Tbilisidən Bakıya biletini istənilən tərəfdən ala bilsinlər”, – deyə o bildirib. Bəxtiyar Hacıyev qeyd edib ki, yaxın dövrdə Gürcüstan Dəmir Yolları da Azərbaycan Dəmir Yollarının proqram təminatından istifadə edəcək. Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı reyslərində istifadə olunan qatarlar və vaqonlar tam olaraq Azərbaycan Dəmir Yollarına məxsusdur.

“Həmçinin texniki istismar baxımından bəzi hallarda Azərbaycan Dəmir Yollarına məxsus lokomotivlərin sərhədi keçərək Tbilisiyə qədər hərəkəti də nəzərdə tutulur. Bu, qarşılıqlı razılaşma əsasında və əməliyyat zərurəti yarandıqda həyata keçirilir”, – deyə qurum rəsmisi əlavə edib.
Qafar Ağayev

Seçilən
45
1news.az

1Mənbələr