AZ

Xamenei bin Laden modeli ilə sağ qalmağa çalışır - KİV

Bəzi təhlükəsizlik analitikləri İranın Ali rəhbəri Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasını “sağ qalma strategiyası” kimi dəyərləndirirlər.

Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Analitiklərin fikrinə görə, bu yanaşma keçmiş “Əl-Qaidə” lideri Üsəma bin Ladenin uzun müddət gizlənərək fəaliyyət göstərməsi ilə müqayisə edilir.

“Fox News Digital”a danışan terrorla mübarizə üzrə analitik Ömər Məhəmməd bildirib ki, ABŞ-nin bölgəyə tətbiq etdiyi təzyiq İran rəhbərliyini daha gizli idarəetmə modelinə keçməyə məcbur edə bilər.

Onun sözlərinə görə, bu vəziyyət bin Ladenin illərlə gizlənərək audio mesajlar vasitəsilə ünsiyyət saxlamasına bənzədilir və oxşar davranışın İran rəhbərliyində də müşahidə olunduğu vurğulanır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
2
1
missiya.az

2Mənbələr