AZ

İraq öz ərazisindən PUA buraxanları cəzalandırmağa söz verdi​​​​​​​

İraq

İraqın Baş naziri Əli əl-Zeydi müvafiq qurumlara İraq ərazisindən Səudiyyə Ərəbistanı və BƏƏ-dəki obyektlərə qarşı PUA-lar vasitəsilə törədilən hücumlarda əli olan şəxslərin müəyyən edilməsi və təqsirkarların məsuliyyətə cəlb olunması barədə tapşırıq verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Məlumata əsasən, əl-Zeydi bu göstərişi ötən gün baş tutan və son hücumların müzakirə edildiyi ölkənin Milli Təhlükəsizlik Şurasının iclası zamanı verib. Mətndə qeyd olunduğu kimi, o, "İraq ərazisinin zərbələr endirmək üçün plasdarm kimi istifadə edildiyi sübut olunarsa, hücumlarda əli olan şəxslərə qarşı bütün zəruri tədbirlərin görülməsini tapşırıb".

Baş nazir İraqın regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərində qonşu ölkələrlə əməkdaşlığa sadiq olduğunu təsdiqləyib. Bununla əlaqədar, əl-Zeydinin mətbuat xidməti hücumların şəraitini hərtərəfli araşdırmaq məqsədilə İraq tərəfinin Səudiyyə Ərəbistanı və Əmirliklərin müvafiq orqanları ilə qarşılıqlı fəaliyyət üçün xüsusi komissiya yaratdığı barədə də məlumat verib.

Məryəm Quliyeva

Seçilən
25
xalqcebhesi.az

1Mənbələr