AZ

500 min insanın yaşadığı bölgədə ilə bağlı ŞOK XƏBƏRDARLIQ - Dəhşətli olacaq

İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və təxminən 500 min insanın yaşadığı Campi Flegrei bölgəsi ilə bağlı qorxudan xəbərdarlıq edilib. Alimlər bölgədə yerləşən nəhəng fay xəttində böyük qırılmanın yaxın onilliklərdə baş verə biləcəyini açıqlayıblar.

Musavat.com xəbər verir ki, geoloqlar və müxtəlif universitetlərdən olan tədqiqatçılar bildirirlər ki, bölgədəki tektonik gərginlik uzun illərdir yığılır. Aparılan son ölçmələrə əsasən, yer qabığında ciddi sıxılma müşahidə olunur və bu, böyük zəlzələ riskini artırır. 

Mütəxəssislərin sözlərinə görə, bölgədə uzun müddətdir böyük qırılmanın baş verməməsi təhlükənin azaldığı anlamına gəlmir. Əksinə, enerjinin yığılmağa davam etdiyi bildirilir.

Alimlər hesab edir ki, mümkün böyük qırılma 8 baldan yuxarı zəlzələ yarada bilər. Belə bir ssenaridə həm Campi Flegrei bölgəsinin, həm də ətraf yaşayış məntəqələrinin ciddi zərər görə biləcəyi vurğulanır.

Riskin xüsusilə 2050-ci ilə qədər artacağı qeyd olunur. Bununla belə, alimlər zəlzələnin dəqiq gün və saatını əvvəlcədən müəyyən etməyin mümkün olmadığını vurğulayıblar. 

Mütəxəssislər yalnız zəlzələ deyil, mümkün sunami təhlükəsinə də diqqət çəkirlər. Çünki Alyaska sahillərində baş verəcək güclü qırılmanın Sakit okeanda böyük dalğalar yarada biləcəyi bildirilir. ABŞ rəsmiləri bölgədə fövqəladə vəziyyət planlarının yenilənməsi və tikinti standartlarının gücləndirilməsi üçün hazırlıqları sürətləndiriblər.

Musavat.com 

Seçilən
29
musavat.com

1Mənbələr