“Uninet” Məhdud Məsuliyətli Cəmiyyət (MMC) böyük məbləğdə cərimələnib.
"Cebheinfo.az" Yurd.Media-ya istinadən xəbər verir ki, Dövlət Reklam Agentliyinin Quba Regional Reklam İdarəsi tərəfindən aparılan yoxlama zamanı məlum olub ki, Quba şәhәri, M.P.Vaqif küçәsindә yerlәşәn MMC-ә mәxsus “CityNet” adlı obyektin fasadında müvafiq icazә alınmadan reklam yerlәşdirilib.
İdarə tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddәsinә əsasən protokol tərtib olunub, Quba Rayon Məhkəməsinin qərarı ilə “Uninet” 5 min manat cərimə olunub.
Şirkət bu qərardan apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, “Uninet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İlqar Nəhmədovdur. Şirkətin nizamnamə kapitalı 127,3 milyon manatdır.
"Cebheinfo.az"