AZ

"Ağıllı şəhər” və “ağıllı kənd” layihələri canlı laboratoriyadır" -

Bakı əsrlər boyu formalaşmış tarix və mədəniyyətlərarası mübadiləni özündə əks etdirən unikal memarlıq və mədəni irsə malik şəhərdir”.Metbuat.az xəbər verir ki bu fikirləri "Bakının Baş Planı — 2040: WUF13-də şəhər bərpasının yeni erası" adlı panel müzakirələrdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov çıxışı zamanı səsləndirib. Spiker qeyd edib ki, Bakı öz kimliyini qoruyaraq müasirləşən və qitənin ən gözəl şəhərlərindən biri olaraq qalır:“Baş plan müasir şəhər inkişafı ilə tarixi irsin qorunması arasında harmoniya yaratmağı, tarixi memarlığı mühafizə etməklə yanaşı innovativ və dayanıqlı inkişafı təmin etməyi hədəfləyir”, – deyə o qeyd edib.Riad Qasımov vurğulayıb ki, Azərbaycanın şəhərsalma təcrübəsinin ən mühüm istiqamətlərindən biri hazırda Qarabağ və ətraf bölgələrdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa prosesidir.“Baş plan proqramı dayanıqlılıq, innovasiya, rəqəmsal idarəetmə və ekoloji məsuliyyət prinsipləri əsasında tamamilə yeni şəhər və kəndlərin qurulmasına imkan yaradır”.Onun sözlərinə görə, azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir urbanizmin yalnız fiziki bərpaya deyil, həm də mədəni dirçəlişə, iqtisadi canlanmaya və uzunmüddətli regional dayanıqlılığa necə xidmət etdiyini nümayiş etdirir.“Bu layihələr bir çox baxımdan dayanıqlı inkişafın gələcəyi üçün canlı laboratoriya rolunu oynayır”, – deyə Riad Qasımov bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
20
1
metbuat.az

3Mənbələr