Kanak xalqı üçün dekolonizasiya siyasi alver predmeti deyil, bu, beynəlxalq hüquqla təsbit edilmiş hüquqdur.
Publika.az xəbər verir ki, bu barədə Yeni Kaledoniyanın siyasi xadimi, kanakların milli-azadlıq hərəkatının fəal nümayəndələrindən biri və ərazinin Fransadan müstəqilliyinin tərəfdarı, Kanak Zəhmətkeşlər və İstismar Olunanlar Həmkarlar İttifaqının (Union Syndicale des Travailleurs Kanaks et des Exploités/USTKE) beynəlxalq koordinatoru Rok Xaokas "Bakinskiy raboçiy" qəzetinə müsahibəsində bildirib.
"Hər şeydən əvvəl bir prinsipial məsələni xatırlatmaq lazımdır: Yeni Kaledoniya bu gün də rəsmi olaraq BMT-nin dekolonizasiyaya məruz qalmalı olan ərazilər siyahısında qalır və bu o deməkdir ki, ölkəmizin gələcəyi məsələsi Fransanın fransız hakimiyyətinin təqdim etməyə çalışdığı kimi daxili işi deyil. Beynəlxalq hüquqa əsasən, Fransa öz müqəddəratının təyini prosesinə mane olmamağa, əksinə, qərəzsiz tərəf olaraq ona müşayiət etməyə və xalqın azad iradə ifadəsi üçün şərait yaratmağa borcludur. Lakin problem məhz ondadır ki, Paris çoxdan prosesin neytral iştirakçısı olmaqdan çıxıb və faktiki olaraq Sakit okeanda öz geosiyasi və iqtisadi maraqlarını açıq müdafiə edən münaqişə tərəfinə çevrilib", - Xaokas deyib.
Onun sözlərinə görə, təzadlı olan odur ki, Fransa özü açıq-aşkar qərəzli davranış nümayiş etdirib və Numea sazişinin ruhunu sistematik olaraq pozur. Eyni zamanda Kanakiya məsələsi beynəlxalq platformalarda qaldırıldığı hər dəfə digər dövlətləri, xüsusən Azərbaycanı öz daxili işlərinə müdaxilədə ittiham edir.
"Parisin bu cür reaksiyası yalnız fransız rəhbərliyinin müstəmləkə probleminin beynəlxalq müzakirə faktını nə qədər ağrılı qəbul etdiyini təsdiqləyir", - o qeyd edib.