BAKI, 21 may. TELEQRAF
Bakı-Tblisi-Bakı qatarı 25 may 23:10-da yola düşəcək.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, şlkin reyslər 6 vaqondan ibarət olacaq:
"Dünəndən komfort sinfi üzrə qiymətlər açıqlanıb. Tezliklə "komfort+" və "lüks" sinifləri üzrə qiymətlər elan ediləcək. Qiymətlərə qidalanma daxil deyil. Qatarlar 9 saat 30 dəqiqəyə Tiblisiyə çatacaq".