Azərbaycanda mənzilə yüksək tələbat səbəbindən islahatlar davam etdiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə nazirinin I müavini, İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının üzvü Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
"Mənzİl maliyyələşməsində digər böyük transformasiya rəqəmsallaşma olub. Bu, təkcə maliyyələşmə deyil, həm də idarəetmə ilə bağlıdır. Beləliklə, rəqəmsallaşma Azərbaycanda mənzil maliyyələşdirilməsində idarəetmənin çox vacib hissəsidir. Xoşbəxtlikdən, proses tamamilə elektronlaşdırılıb; indi müraciət, yoxlamalar, təsdiqlər, hamısı elektron hökumət sistemləri vasitəsilədir. Lakin etiraf etməliyəm ki, mənzilə tələbat hələ də yüksək olaraq qalır və buna görə də islahatlar davam etdirilməlidir", - deyə o qeyd edib.