Aktual.az xəbər verir ki, bu barədə "RİA Novosti” İran hərbi mənbəsinə istinadla məlumat yayıb.
"Biz ölkə daxilində hələ döyüş meydanında istifadə olunmayan və faktiki olaraq sınaqdan keçirilməyən müasir silahlar istehsal etmişik. Tehranın hücumları dəf etmək üçün resurs çatışmazlığı yoxdur. Avadanlıq və müdafiə qabiliyyəti baxımından ölkəmizi müdafiə etməyimizə mane olacaq heç bir çatışmazlıq yaşamırıq. Bu dəfə özümüzü təmkinli aparmaq niyyətində deyilik”, - mənbə bildirib.