AZ

Pakistanlı tələbə: Şəhər infrastrukturu ilə bağlı məsələlərin müzakirəsi vacibdir

Bakı, 21 may, AZƏRTAC

Dünyanın bir çox ölkəsində urbanizasiya, mənzil və şəhər infrastrukturu ilə bağlı problemlər qalmaqdadır və bu mövzuların müzakirəsi böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən və ölkəmizdə

təhsil alan pakistanlı tələbə Husnain Raza jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq üç ildir Azərbaycanda yaşayır və Azərbaycan Pedaqoji Universitetində təhsil alır.

Husnain Raza qeyd edib ki, daha əvvəl COP29 tədbirində də iştirak edib və urbanizasiya mövzusu ilə maraqlanır.

“Urbanizasiya ilə bağlı bəzi layihələrim olub, bir neçə seminarda da iştirak etmişəm. Burada olmaq maraqlıdır”, - deyə o bildirib.

Husnain Raza vurğulayıb ki, bir çox Afrika ölkələrində, eləcə də bəzi inkişaf etmiş ölkələrin kənd ərazilərində hələ də mənzil və şəhər infrastrukturu ilə bağlı problemlər mövcuddur və bu məsələlərin müzakirəsi vacibdir.

Seçilən
25
azertag.az

1Mənbələr