Qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.
Msport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Kurs Bakıda, Milli Komandaların Təlim-Məşq Mərkəzində gerçəkləşib.
Üç gün davam edən məşğələlərə təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovalyov rəhbərlik ediblər.