AZ

Nurməhəmmədovdan UFC rəhbərinin pul iddialarına CAVAB

"Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu olaraq karyeramı başa vurmağımın arxasında heç vaxt maddi məsələlər dayanmayıb".

Adalet.az xəbər verir ki, bu barədə Həbib Nurməhəmmədov özünün "Instagram" hesabında paylaşım edib.

Xatırladaq ki, bir müddət əvvəl UFC rəhbəri Dana Uayt Nurməhəmmədovun kifayət qədər pul qazandığı və artıq döyüşməyə ehtiyacı olmadığı üçün idmandan getdiyini iddia etmişdi.

"İnternetdəki hər şeyə şərh verməyi sevmirəm, amma Dana belə deyəndə, bu, hər yerə yayılır. Bu, təbii ki, yalandır. Heç kim mənə o milyonları verməyib. Çoxlu pul qazandığıma görə idmandan getdiyim barədə yazılanlar da həqiqəti əks etdirmir. Əsl həqiqəti isə bütün dünya bilir. Bu barədə dəfələrlə danışmışam və təkrarlamağa ehtiyac yoxdur", - deyə Nurməhəmmədov vurğulayıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerasını 2021-ci ildə bitirib. Onun hesabında 29 qələbə var və heç vaxt məğlub olmayıb. 2022-ci ildə isə əfsanəvi döyüşçünün adı UFC-nin Şöhrət Zalına daxil edilib.

Seçilən
31
5
adalet.az

6Mənbələr