AZ

Tuvada Rusiyanı yandıraraq viran qoyan Çingiz xanın məşhur sərkərdəsu Subedeyin adına orden təsis edilib

Tuvada Rusiyanı yandıraraq viran qoyan Çingiz xanın məşhur sərkərdəsu Subedeyin adına orden təsis edilib.

Orden "Vətənin müdafiəsində müstəsna xidmətlərə, Rusiyanın ərazi bütövlüyünün və maraqlarının müdafiəsində nümayiş etdirilən cəsarət və şücaətə, eləcə də təhlükəsizlik sahəsində xüsusi xidmətlərə görə" veriləcək.

Rusiya Tuva Respublikasında Subedey hərbi ordeni təsis edilib. Qeyd etmək lazımdır ki, Moskvanı ilk yandıran məhz bu monqol komandiri və Çingiz xanın məçhur sərkərdəsi Subedey olub olub. Bu barədə Rusiya mediasında yayılan məlumatda deyilir..

Tuva rəhbərinin parlamentdəki nümayəndəsi Eker-ool Mançin mükafatın yaradılmasının Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqəli olduğunu bildirib.

Onun sözlərinə görə, orden bölgədən döyüş əməliyyatlarında iştirak edən və "hərbi vəzifələrini yerinə yetirən" hərbi qulluqçuları təltif etmək üçün lazımdır.

Mükafat "Vətənin müdafiəsində müstəsna xidmətlərə", cəsarətə, igidliyə və "Rusiyanın ərazi bütövlüyünün və maraqlarının qorunmasına" görə təqdim ediləcək.

Orden Tuva Respublikası ordenindən sonra bölgədə ikinci ən nüfuzlu mükafat olacaq.

Rəvayətə görə, Subedey XIII əsrdə indiki Tuva yaxınlığında anadan olub. O, Çingiz xanın fəth yürüşlərində iştirak edib. Xüsusilə, o, 1223-cü ildə Azov bölgəsinə yürüş zamanı monqol ordusuna rəhbərlik edib və bu yürüş zamanı Kalka çayında rus knyazlarının ordusunu məğlub edib.

1237-1240-cı illərdə monqolların indiki Rusiya Federasiyası ərazisinə hücumu zamanı yerləşən on beş şəhəri, o cümlədən Ryazan, Kolomna, Vladimir, Suzdal, Rostov, Yaroslavl, Tver və Moskva şəhərlərini dağıdıb.

Bu arada, 24 fevral 2022-ci ildən 20 may 2026-cı ilə qədər Ukraynadakı Rusiya qoşunlarının ümumi döyüş itkiləri 1.352.070 nəfər (son 24 saatda 920 artım) olaraq qiymətləndirilib.

Əziz Mustafa

Seçilən
19
oxumeni.az

1Mənbələr