AZ

İraqın sabiq prezidenti: “Dünyada 117 milyon insan evini tərk etməyə məcbur olub”

"Bu gün 117 milyon insan şiddətlər, münaqişələr, iqlim dəyişikliyi səbəbindən evlərindən qaçmağa məcbur olub".

Bizim.Media xəbər verir ki, bu sözləri İraqın keçmiş prezidenti Bəhram Salih Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Böhranın aradan qaldırılması və yenidənqurmanın mərkəzində mənzil təminatı" adlı tədbirdə etdiyi videogörüşdə bildirib.

"Onlara qucaq açan insanlar həmrəylik göstərməlidirlər. Hərşey göstərir ki, qaçqınlar azad hərəkət edə bilərlərsə, icmalar inkişaf edə bilər. Köçkün insanlar problem deyil, onlar həll yolunun bir hissəsidir. Mesajımız aydındır:biz müvəqqəti sığımacaqlardan mənzillərə, paralel sistemlərdən inkluziv sistemlərə keçməliyik. Sadəcə itənləri bərpa etməməli, daha güclü icmalar yaratmalıyıq".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr