AZ

Beynəlxalq Kosmik Olimpiada”nın beynəlxalq mərhələsi keçirilib

Beynəlxalq Kosmik Olimpiada”nın beynəlxalq mərhələsi keçirilib.

AzEdu.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə həyata keçirilən “Beynəlxalq Kosmik Olimpiada”nın beynəlxalq mərhələsi baş tutub.

Olimpiadanın milli mərhələsinin qalibi olan Bakı şəhəri 283 nömrəli tam orta məktəbin komandası beynəlxalq mərhələdə dünya üzrə 4-cü yerə layiq görülüb.

Qeyd edək ki, olimpiadanın milli mərhələsində ölkəmiz üzrə 39 ümumtəhsil müəssisəsindən 780 məktəbli iştirak edib. Cari tədris ilində isə Azərbaycan, Çexiya və İsrail məktəbləri daxil olmaqla ümumilikdə 506 ümumtəhsil məktəbi və 10 100 məktəbli olimpiadaya qatılıb.

Seçilən
6
azedu.az

1Mənbələr