AZ

Uruqvaylı nazir: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır

Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin deyib.

Nazir bildirib ki, mənzil siyasəti yalnız tikinti və yaşayış sahələrinin artırılması ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, mənzil məsələsi icmaların inteqrasiyası, şəhər planlaması və insanların imkanlara çıxışı ilə birbaşa bağlıdır.

Tamara Paseyro Marin qeyd edib ki, mənzil çatışmazlığının yalnız statistik olaraq azaldılması problemi tam həll etmir: “Kağız üzərində mənzil çatışmazlığını azalda bilərik, amma bunu düzgün planlama olmadan etdikdə sosial təcrid və əlaqəsizlik yaradırıq”.

O vurğulayıb ki, Uruqvay bu sahədə siyasətini üç əsas istiqamət üzərində qurur: torpaq və onun yerləşməsi, dövlət maliyyələşməsi və institusional imkanlar.

Nazirin sözlərinə görə, mənzil siyasəti təkbaşına məqsəd deyil, digər hüquq və imkanları təmin edən sosial mexanizmdir: “Bu, insanlara digər hüquqlardan istifadə etməyə imkan verən əsas hüquqdur”.

Tamara Paseyro Marin həmçinin icmaların qərarvermə prosesinə cəlb edilməsinin vacibliyini qeyd edib.

O bildirib ki, Uruqvayda məhəllələrin inkişafı layihələrində texniki qruplar, tikinti şirkətləri və yerli icmalar birgə fəaliyyət göstərirlər.

Seçilən
10
1
apa.az

2Mənbələr