AZ

Böhran dərinləşir: İsrail İstanbuldakı konsulluğunu bağlayır?

İsrail Türkiyə ilə dərinləşən diplomatik böhran səbəbindən İstanbuldakı Baş Konsulluğunu bağlaya bilər.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

Təl-Əvivin hələ rəsmi qərar vermədiyi bildirilsə də, İsrail Xarici İşlər Nazirliyi daxilində konsulluğun gələcəyi ilə bağlı fikir ayrılıqlarının olduğu vurğulanıb.

Bəzi rəsmilər Konsulluğun bağlanmasının ciddi bir səhv olacağını və gələcəkdə yenidən açılmasında çətinlik yaranacağını bildiriblər. Digərləri isə uzun müddətdir boş olan diplomatik nümayəndəliyin dövlət resursları baxımından lazımsız xərclər yaratdığını iddia ediblər.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə Qəzzaya edilən hücumlardan sonra həm Ankaradakı İsrail səfirliyində, həm də İstanbuldakı Baş Konsulluqda çalışan İsrail diplomatları ölkəni tərk edib.

Seçilən
58
publika.az

1Mənbələr