AZ

Zelenski: Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belarus və Bryansk istiqamətindən Ukraynaya hücum variantlarını nəzərdən keçirdiyini bildirib.

"RBK-Ukrayna"nın məlumatına görə, Zelenski bu barədə hərbi rəhbərlik, kəşfiyyat, Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi ilə keçirilən müşavirədən sonra danışıb.

Prezident qeyd edib ki, Kiyev Çerniqov-Kiyev istiqamətində müdafiəni gücləndirmək üçün artıq addımlar atır.

Onun sözlərinə görə, Ukrayna həm Belarus, həm də Rusiyanın müəyyən bölgələrindən gələn təhlükələrə qarşı preventiv tədbirlər görür.
Seçilən
2
4
7news.az

5Mənbələr