Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində daha 25 nəfər haqqında həbs qərarı verilib.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun apardığı araşdırmada bəzi məşhurların narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr aşkar edilib və buna görə də əməliyyat başlanılıb.
Keçirilən əməliyyatda aralarında müğənni Mabel Matiz, aktrisa Feyza Civelek, Onur Tuna və b. yaşadıqları mənzildə saxlanılıb. O, cümlədən aktrisa Serenay Sarıkaya haqqında da həbs qərarı çıxarıldığı, lakin onun hazırda xaricdə olduğu bildirilib.
Barələrində həbs qərarı çıxarılan şəxslərin siyahısını təqdim edirik.
1. Serenay SARIKAYA
2. Berkay ŞAHİN
3. Tan TAŞÇI
4. Yağmur ÜNAL
5. Mirgün Sırrı CABAS
6. Hakan AYDIN (BLOK 3)
7. Mabel MATİZ (Fatih KARACA)
8. Feyza CİVELEK
9. Niran ÜNSAL
10. Volkan BAHÇEKAPILI
11. Onur TUNA
12. Osman Haktan CANEVİ
13. Aslıhan TURANLI
14. Eren KESİMER
15. Kübra İmren SİYAHDEMİR
16. Mehmet Rahşan
17. Cansu TEKİN
18. Özgür Deniz CELLAT
19. Yasemin İKBAL
20. Tarık TUNCA BAKIR
21. Hanzede GÜRKANLAR
22.Aycan YAĞCI
23. Tuğçe POSTOĞLU
24. Eda DORA
25. Semiha BEZEK