AZ

Rossbax: Mənə 1 milyard dollar verilsə, onu daha böyük maliyyəyə çevirərəm

Mənə 1 milyard dollar verilsə, onu daha böyük maliyyəyə çevirərəm.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında moderatorun “Əlinizdə 1 milyard dollar olsa, onu necə istifadə edərdiniz?” sualını cavablandıran UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax deyib.

O bildirib ki, mənzil maliyyəsində əsas məsələ vəsaitin digər maliyyə resursları ilə birləşdirilərək daha böyük investisiya imkanına çevrilməsidir.

Anaklaudiya Rossbax qeyd edib ki, vəsaitin bir hissəsi investisiya risklərini azaltmaq üçün zəmanətlərə, digər hissəsi isə insanların alıcılıq qabiliyyəti ilə mənzil xərcləri arasındakı fərqi bağlayan subsidiyalara yönəldilə bilər.

Onun sözlərinə görə, mənzil layihələrində yalnız tikinti və infrastruktur xərcləri deyil, sosial idarəetmə və icmalarla iş də maliyyələşdirilməlidir.

UN-Habitat rəhbəri vurğulayıb ki, layihələrin uzunmüddətli dayanıqlığı üçün əhali ilə sosial iş, yaşayış komplekslərinin idarə olunması və icma mexanizmləri əsas rol oynayır.

Seçilən
13
1
apa.az

2Mənbələr