AZ

Neymar yenə zədələndi: Dünya Kuboku öncəsi Braziliyada narahatlıq

Braziliya millisinin hücumçusu Neymarın səhhətində problemlər yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu mayın 17-də Braziliya çempionatında “Koritiba”ya qarşı keçirilən oyunda zədələnib. Bildirilib ki, Neymarın sağ baldır əzələsində şişkinlik aşkarlanıb.

Qeyd edək ki, Neymar iştirak etdiyi hər üç dünya çempionatında zədələrlə üzləşib. O, 2022-ci ildə Serbiyaya qarşı qrup mərhələsi matçında zədələnmişdi.

2018-ci ildə isə futbolçu sağ ayağındakı zədə səbəbindən uzun müddət müalicə almış və mundiala tam hazır vəziyyətdə qatıla bilməmişdi.

2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Neymar üçüncü bel fəqərəsini sındırdığı üçün Almaniyaya qarşı yarımfinal oyununu buraxmışdı. Həmin görüşdə Braziliya 1:7 hesabı ilə məğlub olmuşdu.

34 yaşlı hücumçu 2023-cü ildən etibarən Braziliya millisində meydana çıxmayıb. Neymar milli komanda ilə Olimpiya Oyunlarında qızıl və gümüş medal qazanıb, Konfederasiyalar Kubokunun qalibi olub və Copa America-nın finalına yüksəlib.

O, Braziliya millisinin heyətində keçirdiyi 128 oyunda 79 qol vuraraq komandanın ən məhsuldar futbolçusu rekordunu əlində saxlayır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
21
redaktor.az

1Mənbələr