
ABŞ-İran münaqişəsinin həlli üzrə danışıqların növbəti mərhələsi iyunun əvvəlində baş tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, görüş Həcc mövsümü bitdikdən sonra İslamabadda keçiriləcək.
Mənbələr həmçinin bildiriblər ki, hazırda Vaşinqton və Tehran arasında müqavilənin yekun mətni üzərində iş gedir.
Bu çərçivədə Pakistan ordusunun baş qərargah rəisi Asim Munirin cümə günü müqavilənin yekun versiyasını elan etmək üçün İrana səfər etməsi istisna deyil.