AZ

Azərbaycan Premyer Liqasının sonuncu turu bu gün başlayır

Misli Premyer Liqasında sonuncu - XXXIII tura bu gün bir oyunla start veriləcək.

"Far.Az"un məlumatına görə, turun ilk matçında "Qəbələ" "Şamaxı" ilə üz-üzə gələcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 18:30-da start götürəcək.

Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.

Tura mayın 24-də yekun vurulacaq.

Seçilən
11
4
far.az

10Mənbələr